Superkompüter ÇL in favoritinin adını açıqladı

23.10.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Opta" superkompüteri, liqa mərhələsinin ilk üç turundan sonra Çempionlar Liqasının favoritinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, bu "Arsenal"dır.

İngilis klubunun qalib gəlmək ehtimalı 20,56 faiz dəyərləndirilir. İkinci yerdə 15,41 faizlə "Bavariya" qərarlaşıb. İlk "üçlüy"ü 13 faizlə"Mançester Siti" tamamlayır. Onlardan sonra isə "Barselona" (11,39%) və PSJ (10,1%) gəlir.

Qeyd edək ki, Liqa mərhələsinin üç turundan sonra PSJ 9 xalla Çempionlar Liqasında zirvədə qərarlaşıb. "Aston Villa", "Liverpul", "Real" və "Betis"in də hər birinin 9 xalı var, lakin onlar əlavə göstəricilərə görə Paris təmsilçisindən geridə qalırlar. 7 xalı olan "Arsenal" isə yeddinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью