Superkompüter FİFA Klublararası Dünya Çempionatının qalibini açıqladı

10.06.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Opta superkompüterinin hesablamalarına əsasən, Fransanın "Paris Sen-Jermen" klubu 18,5% ehtimalla ABŞ-da keçiriləcək klublararası dünya çempionatının qalibi olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

İkinci ən çox ehtimal olunan iddiaçı İngiltərənin "Mançester Siti"sidir (17,8%). Üçüncü yerdə "İnter"i yarım faiz qabaqlayan "Bavariya" (12,8%) qərarlaşıb. Turnirin beşqat çempionu "Real Madrid"in şansı isə 9,8% təşkil edir.

Superkompüter digər iştirakçıların şanslarının olmadığını hesab edir.

Qeyd edək ki, Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək və burada ilk dəfə 32 komanda çıxış edəcək.

Xatırladaq ki, PSJ bu mövsüm UEFA Çempionlar Liqasının qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью