Superkompüter Premyer Liqada çempionluq şansını dəyərləndirib

13.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Opta"superkompüteri keçirilmiş 11 turun nəticələrinə əsasən İngiltərə Premyer Liqası klublarının 2024/25-ci il mövsümündə çempionluq şanslarını proqnozlaşdırıb Sport24.az superkompüterin məlumatına istinadən xəbər verir ki, qızıl medallara əsas iddiaçı "Liverpul"dur. "Qırmızılar"ın çempionluq ehtimalı 60,3 faiz qiymətləndirilir.

İkinci iddiaçı isə "Mançester Siti"dir.

İlk üçlüyü "Arsenal" tamamlayıb.

Superkompüterə görə Premyer Liqa klublarının çempionluq şansları belədir:

"Liverpul" – 60,3 faiz;

"Mançester Siti" – 34,3;

"Arsenal" – 5;

"Çelsi" – 0,3.

"Liverpul" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci yerdədir (28 xal). "Mançester Siti" 2-ci (23 xal), "Çelsi" isə 3-cüdür. Londonluların aktivində19 xal var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью