Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Opta”nın superkompüteri yeni mövsüm üçün İngiltərə Premyer Liqasının favoritlərini proqnozlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, superkompüter son illərdəki statistik göstəriciləri və yeni transferləri nəzərə alaraq 2025-2026-cı Premyer Liqa mövsümünü “Liverpul”un lider tamamlayacağını ehtimal edib.
İlk üçlüyü isə “Arsenal” və “Mançester Siti” tamamlayıb.
“Opta”nın superkompüteri ehtimal edir ki, növbəti mövsüm başa çatdıqda turnir cədvəlindəki ardıcıllıq belə olacaq: “Liverpul” – 28,5 faiz “Arsenal” – 24,3 faiz “Mançester Siti” – 18,8 faiz “Çelsi” – 8,4 faiz “Aston Villa” – 5,1 faiz “Nyukasl” – 5,1 faiz “Kristal Palas” – 2,9 faiz “Brayton” – 2,2 faiz “Bornmut” – 1,0 faiz “Brentford” – 0,8 faiz “Nottinqhem Forest” – 0,7 faiz “Mançester Yunayted” – 0,6 faiz “Everton” – 0,6 faiz “Tottenhem” – 0,3 faiz “Fulhem” – 0,3 faiz “Vest Hem” – 0,2 faiz “Vulverhempton Uonderers” – 0,1 faiz “Superkompüterin fikrincə” 18-20-ci yerləri isə hərəyə 0,1 faizdən az ehtimalla “Bernli”, “Lids” və “Sanderlend” bölüşəcək.