Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
UEFA 2028/29 mövsümündə avrokubokların final qarşılaşmalarına ev sahibliyi edəcək şəhər və stadionları açıqlayıb.
Demokrat.az xəbər verir ki, Çempionlar Liqasının 2029-cu il finalı İspaniyanın Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək. “Barselona” klubunun ev oyunlarını keçirdiyi arena İngiltərənin “Uembli” stadionunu geridə qoyaraq finala ev sahibliyi hüququ qazanıb.
UEFA Avropa Liqasının da 2028 və 2029-cu illərdə keçiriləcək finallarının məkanları müəyyənləşib. 2028-ci ilin həlledici qarşılaşması Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena” stadionunda baş tutacaq.
2029-cu il Avropa Liqası finalı isə Serbiyanın paytaxtı Belqradda yerləşən “National Stadium Serbia” stadionuna həvalə edilib.
2028-ci il UEFA Superkuboku da ilk dəfə Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Qarşılaşmaya “Astana Arena” stadionu ev sahibliyi edəcək.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Çempionlar Liqasının 2029-cu il finalı İspaniyanın Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək. “Barselona” klubunun ev oyunlarını keçirdiyi arena İngiltərənin “Uembli” stadionunu geridə qoyaraq finala ev sahibliyi hüququ qazanıb.