Superliqa: “Beşiktaş” “Fənərbağça”nı məğlub edib AZƏRTAC

07.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

Türkiyə Superliqasında XV turun mərkəzi oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, prinsipial görüşdə “Beşiktaş” və “Fənərbağça” komandaları üz-üzə gəlib. “Beşiktaş Park” stadionunda reallaşan İstanbul derbisi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Çiro İmmobile vurub.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Beşiktaş” 4-cü pilləyə yüksəlib. “Fənərbağça” isə 32 xalla 2-ci yerdə qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью