Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Superliqasının 13-cü turunda Burak Yılmazın rəhbərlik etdiyi “Çorum” futbol komandası Selçuk İnanın çalışdırdığı “Kocaelispor”u qəbul edib.
İdman.Biz xəbər verir ki, Çorum şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün taleyini həll edən yeganə qolu 16-cı dəqiqədə Dan Aqeyi penaltidən vurub.
Qarşılaşmada sarı vərəqə ilə cəzalandırılan “Çorum”un futbolçusu Məhəmməd Diomande cəza limitini doldurduğundan növbəti turda “Trabzonspor”la görüşü buraxacaq.
Matçın son dəqiqələrində isə meydan sahiblərinin azarkeşləri ilə baş məşqçi Burak Yılmaz arasında gərginlik yaşanıb. Tribunalardan “Burak, istefa!” şüarlarının səsləndirilməsinə baş məşqçi də reaksiya verib. Bu zaman “Kocaelispor”un azarkeşləri komandalarının baş məşqçisi Selçuk İnanın lehinə şüarlar səsləndirməyə başlayıblar.
Bu nəticədən sonra məğlubiyyətsizlik seriyasını beş oyuna çatdıran “Kocaelispor” xallarının sayını 23-ə yüksəldib və altıncı pillədə qərarlaşıb. Ardıcıl üçüncü məğlubiyyətini alan “Çorum”un isə aktivində 16 xal qalıb və 11-cidir.
Növbəti turda “Çorum” səfərdə “Trabzonspor”un qonağı olacaq. “Kocaelispor” isə səfərdə “Ərzurumspor”la qarşılaşacaq.