Superliqa: “Fənərbağça” doğma meydanda qələbə qazanıb AZƏRTAC

05.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 yanvar , AZƏRTAC

Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin heyətində hər iki qolu Yusuf En-Nesiri vurub. Qonaqlarda isə Bilal Boutobba fərqlənib.

Bu nəticədən sonra xallarını 39-a çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. Hatay klubu isə 9 xalla 18-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью