Superliqa: Fənərbağçadan böyük hesablı qələbə AZƏRTAC

23.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 noyabr, AZƏRTAC

Türkiyə Superliqasında XII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Kayserispor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində xallarını 29-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 31 xalla "Qalatasaray" başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью