Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş

26.04.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 aprel, AZƏRTAC

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Fənərbağça” səfərdə “Qaziantep”in qonağı olub. Gərgin və maraqlı keçən görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı meydan sahibləri açsa da, “sarı lacivərdlilər” üç top vuraraq qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Fənərbağça” ikinci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью