Superliqa: “Gənclərbirliyi” iki qolla qalib gəldi

01.02.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Super Liqasının 20-ci turunda “Gənclərbirliyi” doğma meydanda “Qaziantep” ilə qarşılaşıb. Ankara təmsilçisi görüşü 2:1 hesabı ilə qalib başa vurub.

İdman.Biz xəbər verir ki, matçda hesab 10-cu dəqiqədə Talissonun qolu ilə açılıb. 63-cü dəqiqədə Məhəmməd Bayo “Qaziantep”in bərabərlik qolunu vurub. Oyunun taleyini isə 77-ci dəqiqədə Metehan Mimaroglu həll edib.

Bu nəticə ilə “Gənclərbirliyi” ev oyunlarında məğlubiyyətsiz seriyanı beş matça çatdırıb – dörd qələbə və bir heç-heçə. “Qaziantep” isə liqada ardıcıl yeddi oyundur qalib gələ bilmir.

Qələbədən sonra “Gənclərbirliyi”nin xalı 22-yə yüksəlib və 11-ci pilləyə qalxıb. “Qaziantep” isə 25 xalla səkkizincidir.

Növbəti turda “Gənclərbirliyi” səfərdə “Fənərbağça” ilə üz-üzə gələcək. “Qaziantep” isə doğma meydanda “Kasımpaşa”nı qəbul edəcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью