Superliqa ilə vidalaşan klub baş məşqçisini istefaya göndərib

03.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Növbəti mövsüm Türkiyənin I Liqasında çıxış edəcək “Adana Demirspor”da ayrılıq yaşanıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Mustafa Alper Avcı postunu tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu mövsüm maliyyə problemi yaşayan Adana klubu turnir cədvəlini 2 xalla sonuncu – 19-cu yerdə tamamlayıb və Superliqa ilə vidalaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью