Superliqa klubunda yeni baş məşqçi

14.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanı Murat Şahin çalışdıracaq. Onunla 1.5 illik müqavilə imzalanıb. Murat Şahin bu vəzifədə təyinatından 3 ay sonra istefaya göndərilən Rza Çalımbayı əvəzləyib.

48 yaşlı mütəxəssis ilk dəfə baş məşqçi kimi işləyəcək. O, buna qədər müxtəlif klublarda köməkçi məşqçi vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью