Superliqa klubunun baş məşqçisi istefa etdi

07.12.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Superliqa klubunun baş məşqçisi istefa etdi

Türkiyənin "Genclerbirliyi" klubunun yeni təyin olunan baş məşqçisi Volkan Demirel istefa edib.

QOL.az xəbər verir ki, baş məşqçi komandasının qələbə qazandığı oyundan dərhal sonra istefa verdiyini açıqlayıb. Superliqada 15-ci tur çərçivəsində "Fatih Karagümrük"ü 3:0 hesabı ilə darmadağın edən Ankara təmsilçisinin baş məşqçisi matçdan sonrakı mətbuat konfransında hər kəsi təəccübləndirən qərarını bəyan edib.

Gənc mütəxəssis istefasının səbəbini klubdakı rəhbər dəyişikliyi ilə əlaqələndirib:

"Vəzifəmdən ayrılıram. Bunu istəyərək etmirəm, burada olmaqdan çox xoşbəxtəm. Lakin məni bura Mehmet Kaya gətirmişdi. Yeni prezident Arda bəyi təbrik edirəm, mənə qarşı çox nəzakətli oldular. Amma mən bu qərarı hələ dünən vermişdim, sadəcə komandanı matç günü tək buraxmaq istəmədim".

Qeyd edək ki, bu ilin oktyabrında paytaxt klubunu çalışdırmağa başlayan Volkan Demirel bu müddət ərzində komandanı 6 oyuna çıxarıb. Bu görüşlərdə "Genclerbirliyi" 3 qələbə qazanıb, 3 dəfə isə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью