Icma.az bildirir, Qol.az portalına istinadən.
Türkiyə Superliqasının ilk turunda keçirilən "Gənclərbirliyi" - "Fənərbaxça" matçında xoşagəlməz hadisə baş verib.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının mılumatına görə, qarşılaşmanı atasının yanında izləyən 4 yaşlı "Fənərbaxça" azarkeşinin forması rəqib komandanın tribunasında bir şəxs tərəfindən zorla çıxarılıb. Hadisəyə ətrafdakıların və polis əməkdaşlarının müdaxilə etməsinə baxmayaraq uşağın forması çıxarılıb.
Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Ankara Respublika Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb və şübhəlinin saxlanılması barədə qərar qəbul edib.
"Gənclərbirliyi" klubu da öz növbəsində hadisəni pisləyərək azarkeşdən üzr istəyib. Klub 4 yaşlı uşağı "Fənərbaxça" forması ilə öz bazasında qəbul etmək istədiyini açıqlayıb.