Superliqa: Qalatasaray doğma meydanda üç xala sevindi

10.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Qalatasaray" Superliqanın 12-ci həftəsində "Samsunspor"u qəbul edib.

Oxu.Az xəbər verir ki, həyəcan dolu qarşılaşmada rəqibini 3-2 məğlub edən "sarı-qırmızılılar" 3 xalın sahibi olublar.

"Qalatasaray"a qələbəni gətirən qolları 3-cü və 55-ci dəqiqələrdə Osimhen, 85-ci dəqiqədə Batşuayi vurub. "Samsunspor"un qollarını isə 50-ci dəqiqədə Ntçam və 90+3-cü dəqiqədə Bennasser penaltidan vurub.

Bu nəticə ilə liqada lider mövqedə olan "Qalatasaray" xal sayını 31-ə çatdırıb. Yeddi oyun fasiləsindən sonra məğlub olan "Samsunspor" isə 25 xalla qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью