Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Superliqasında 30-cu tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında “Adana Demirspor” öz meydanında “Kayserispor”u qəbul edib. Hər hissədə bir dəfə fərqlənən qonaqlar meydanı 3 xalla tərk ediblər.
“Adana Demirspor” - “Kayserispor” - 0:2
Qollar: Kartal Kayra Yılmaz, 10, Stefan Bahoken, 52
Bu qələbə sayəsində xallarının sayını 33-ə çatdıran “Kayserispor” 13-cü pilləyə yüksəlib. Superliqanı tərk etməsi qətiləşən “Adana Demirspor” isə 19 komanda arasında sonuncudur.