Superliqaya geri qayıdan klub Qalatasaray ın futbolçusunu istəyir

06.06.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray”ın futbolçusu Kerem Demirbay komandasını dəyişə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçunu “Kocaelispor” icarəyə vermək ehtimalını gözdən keçirir.

16 ildən sonra Superliqaya geri qayıdan İzmit təmsilçisi Demirbay üçün danışıqlar aparır.

Almaniya millisinin sabiq üzvünün “Qatalasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, “Hamburq”, “Kayzerslautern”, “Fortuna”, “Hoffenhaym”, “Bayer”(Leverkuzen) komandalarında çıxış edib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью