Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın Kiyev və Lvov şəhərindəki bəzi supermarketlərdə müştəri aktivliyinin kəskin artması fonunda ərzaq rəfləri boşalıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Yerli sosial media hesablarına görə, bir neçə Novus və ATB mağazalarında tələbatın artması qeydə alınıb. Alıcılar aktiv şəkildə kartof, dənli bitkilər, tərəvəz və günəbaxan yağı alırlar.
Avqustun sonunda ATB birdəfəlik alış-verişdə alına bilən müəyyən məhsulların miqdarına məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər konservləşdirilmiş ət və balıq, dənli bitkilər, makaron, kərə yağı, şəkər, duz, toyuq yumurtası və hazır qidalara şamil edilir. Şahidlərin sözlərinə görə, eyni anda onlayn olaraq altı paketdən çox qarabaşaq yarması və ya kərə yağı sifariş etməyə çalışarkən sistem sifarişi də rədd edir.
Lvov sakinləri daha sonra yerli supermarketdə bir sıra boş rəfləri göstərən video da paylaşıblar.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin