Supermodel tanınmaz halda FOTO

02.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Dünyaca məşhur supermodel Bella Hadid uzun illərdir mübarizə apardığı xroniki Laym xəstəliyinin yenidən kəskinləşdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 29 yaşlı model sosial şəbəkədə paylaşdığı açıqlamada həkimlərin tövsiyə etdiyi bütün müalicə üsullarını sınasa da, özünü daha yaxşı hiss etmədiyini bildirib.
 

Hadid deyib ki, xəstəlik səbəbindən nəfəs darlığı, diqqət dağınıqlığı yaşayır və hətta mətbəxə getmək və ya duş qəbul etmək kimi gündəlik işlər belə onun üçün çətinləşib. O, hər gecə təxminən 11 saat yatmasına baxmayaraq, gün ərzində də daim istirahətə ehtiyac duyduğunu qeyd edib.


Model həmçinin xroniki xəstəliklərin görünməyən psixoloji yükünə diqqət çəkərək, oxşar problemlərlə mübarizə aparan insanlara dəstək mesajı verib.
Qeyd edək ki, Bella Hadidə 16 yaşında Laym xəstəliyi diaqnozu qoyulub. Anası Yolanda Hadid və qardaşı Anvar Hadid də eyni xəstəlikdən əziyyət çəkirlər.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью