Süpürgəçini maşın vurub öldürdü

06.11.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi “Volkswagen” markalı avtomobillə piyada E.İrzayevanı vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov “oxu.az”a bildirib.

O qeyd edib ki, qəza noyabrın 6-da, saat 09:25-də baş verib:

“Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır”.

Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən şəxs ərazini süpürən təmizlik işçisi olub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью