Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda azyaşlı binadan yıxılaraq vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.
2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın beşinci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.
Azyaşlı xəstəxanaya çatdırılanadək ölümü qeydə alınıb.