Suqovuşanda meşə YANIR Ərazidə minalar PARTLAYIR

07.08.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ağdərə rayonunda meşədə yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, yanğın hadisəsi Suqovuşan kəndi ərazisindəki meşədə baş verib. Yanğın zamanı meşə ərazisində mina partlayışları da olub.

Ynğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.

Belə ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə, Naftalan və Tərtər rayon yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının qarşısının alınması ilə bağlı işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью