Şura sədri: Televiziyalarda ailə məişət proqramlarının vaxtına müdaxilə edə bilmərik

14.02.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Audiovizual Şura televiziyalarda ailə-məişət mövzularında yayımlanan proqramların vaxtına müdaxilə edə bilməz.

“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, müdaxilə qanun pozuntusudur:

“Biz yalnız tövsiyə verə bilərik. Ancaq ötən illə müqayisədə bu verilişlərlə bağlı tənqidlər bir qədər azalıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью