Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hövsan qəsəbəsində əhalinin sıxlığı nəzərə alınaraq, orada xəstəxananın yaradılması zəruridir. Bu məsələ təsdiq olunub. Əvvəlki dövr proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış layihələrin də diqqətdə saxlanılması vacibdir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sevinc Fətəliyeva 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.
O vurğuladı ki, gələn illərdə yeni uşaq bağçalarının tikintisi, 203 saylı qəzalı vəziyyətdə olan uşaq bağçasının yenidən qurulması, həmçinin Yeni Suraxanıda yeni uşaq bağçasının inşası məsələlərinə yenidən baxılması məqsədəuyğun olardı:
"Bu layihələrin icrası üçün konkret vaxt və maliyyə təminatının müəyyənləşdirilməsi yaxşı olardı. Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmək istəyirəm ki, yenidən qaytarılmış 1356 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, mədəniyyət evi, poçt və digər zəruri infrastruktur obyektləri yoxdur. Bu ərazinin inkişafı üçün kompleks struktur planlarının hazırlanması məqsədəuyğundur".
NURİYYƏ