Suraxanı rayonunda 42 min manatlıq oğurluq

01.04.2025

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Suraxanı rayonu ərazisində 2 obyektdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 42 620 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Xəbəri DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı E.Quliyev, 33 yaşlı F.Niftəliyev və 28 yaşlı O.Həbibov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью