Suraxanı rayonunda evdə yanğın olub: Xəsarət alan var

31.12.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² (hər mərtəbəsi 35 m²) olan ikimərtəbəli 2 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью