Suraxanı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb

23.01.2025

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 800 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью