Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

03.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsinin Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazidə yaşayan abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью