Suraxanı RİH dən şiddətə məruz qalan azyaşlı ilə bağlı Açıqlama

04.03.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Ötən gün Bakıda ananın azyaşlı qızına şiddət göstərməsi və videoya çəkməsi ilə bağlı məlumat yayılmışdı. Uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə ana azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Bakupost.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, azyaşlıya işgəncə verilməsi hadisəsi nəzarətə götürülüb: “Azyaşlı M.R.-ə anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib. Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda F. Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı qeyd edilib. Hazırda F. Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью