Suraxanıda avrokubok “döyüşü”

30.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Premyer Liqada XXI tura start veriləcək.

Günün ilk matçında avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” və “Zirə” komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionunun ot örtüyünün yararsız olması səbəbindən görüş Suraxanıda, “Azersun Arena”da olacaq. Matça saat 17:00-da start veriləcək.

“Turan Tovuz” 19 yundan sonra 34 xalla 4-cü sıradadır. Bölgə təmsilçisinin “Qəbələ” ilə ehtiyatda bir matçı var və bu görüş fevralın 24-də keçiriləcək.

“Zirə” isə 20 turdan sonra 35 xalla üçüncü sırada qərarlaşıb. “Turan Tovuz” qələbə qazanacağı halda, rəqibini keçəcək, eyni zamanda dörd gün sonra baş tutacaq “Qəbələ” matçını da üç xalla bitirsə, fərqi artıracaq. Bu baxımdan tovuzlular üçün qələbə xüsusi önəm daşıyır.

“Turan Tovuz” son 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Komanda son turda “Şamaxı” səfərindən bir xalla dönüb.

“Zirə” isə son 5 oyunda 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Bir görüş isə bərabərliklə başa çatıb. “Turan Tovuz”la matçda heç-heçə belə “Zirə” cəbhəsinə sərf edir.

Komandalar arasında I dövrədə baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınıb. Tərəflərinson 5 duelində “Zirə” 2, “Turan Tovuz” 1 qələbə qazanıb. Bərabərliklə başa çatan iki görüşdə də qapılara qol vurulmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью