Suraxanıda avtomobil piyadanı vuraraq öldürüb

30.11.2024

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X. Ələkbərov küçəsində qeydə alınıb.

Tural Mahmudzadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью