Suraxanıda Daş abidə parkını söküblər? (Video)

15.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ərazi hasarlanıb, qanunsuz tikinti aparıldığı iddia olunur...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Fərhad Babayev küçəsindəndir.

Sakinlər deyirlər ki, həmin ünvanda əvvəl "Daş abidə" yerləşən kiçik park olub. Uzun illər baxımsız qalıb. Təxminən bir ay əvvəl ərazidə abadlıq işləri aparılır deyilsə də, ictimai-iaişə obyektinin tikintisinə başlanılıb.

Aparılan tikinti işləri ilə bağlı ərazidə məlumat lövhəsi axtardıq, ancaq gözümüzə dəymədi. İnşaat işlərini aparan fəhlələrdən öyrəndik ki, burda nə tikdiklərini özləri də bilmirlər.

İş icraçısı kimi bizə yaxınlaşan şəxs isə köhnə obyektin yerində qanuni tikinti aparıldığını dedi. Sənədlərini də təqdim edəcəyini bildirdi. Biz də günün sonundək gözlədik, amma, sənədi göndərmədi.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью