Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Suraxanı rayonu, Balandin küçəsində qayda pozan avtobus sürücüsü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə iyulun 16-da günorta saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, 191 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-MH-131 dövlət nömrə nişanlı “Isuzu” markalı avtobusun sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib. İzləyicinin sözlərinə görə, qayda pozan sürücü onu ötərək Suraxanı dairəsi adlanan əraziyə qədər əks yolla gedib.
Nərmin