Suraxanıda ər arvad dəm qazından boğularaq ölüb

03.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Suraxanıda ər-arvad dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, 1936-cı il təvəllüdlü İsxaq Səfərəliyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evin qonaq otağında yerləşən qaz sobasından sızan dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью