Icma.az bildirir, Axar.az portalına istinadən.
Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 164E ünvanında kanalizasiya xətti tutulduğu üçün fərdi yaşayış evlərinə çirkab suları yığılıb.
Axar.az xəbər verir ki, bununla bağlı Oxu.az-a sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, problem dünəndən müşahidə edilir:
"Evlərin çoxunda bu vəziyyətdir. Suraxanı Sukanal İdarəsindən zənglərimizə cavab olaraq bildirilir ki, maşınları yoxdur, iki günə gələ bilərlər. Uşaqlarımız, özümüz suyun içində qalmışıq".