Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Suraxanı rayonu, Atəşgah yolunda yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 28-də səhər saatlarında qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
İddialara əsasən, qəzaya səbəb manevr qaydasının pozulması olub.
Hadisə nəticəsində maşın yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 74