Suraxanıda kanalizasiya problemi: Sakinlər narazıdırlar VİDEO | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suraxanı rayonu, Zığ qəsəbəsinin Xanlar küçəsi kanalizasiya problemi ilə üz-üzədir.
Globalinfo.az Xəzər TV-yə istinadla xəbər verir ki, ərazidə illərdir tullantı suları küçəyə axır, yollar keçilməz vəziyyətə düşüb.
Sakinlər problemin həll olunmamasından narazıdırlar. Sakinlərin sözlərinə görə, ərazi sürüşmə zonasındadır və boruların partlaması vəziyyəti
Tullantı suları yolları dağıdıb, evlərin vəziyyəti isə qəzalıdır. “Bir il yarımdır ki, kanalizasiya suları küçəyə axır.
Yollar dağılıb, maşınla və ya piyada hərəkət etmək mümkün deyil” , – deyə sakinlər bildirirlər.
Sakinlər həm yazılı, həm də şifahi şəkildə müvafiq qurumlara müraciət etdiklərini qeyd edirlər. Lakin aldığımız cavablar qaneedici olmayıb.
“20 ildir burada yaşayırıq, əvvəllər yolumuz vardı, vəziyyət belə deyildi.
Tam oxu
Xəbəri oxu