Suraxanıda növbəti qanvermə aksiyası keçirildi Fotolar

05.12.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 4-də Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH-in inzibati binasında növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.

Qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunması məqsədilə təşkil olunmuş və artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən hər kəsə minnətdarlıq edilib.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью