Suraxanıda üç avtomobil birbirinə girdi

05.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində üç minik avtomobili toqquşub. Qəzada avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью