Suraxanıda yaşlı qadın küçədə ölüb

23.02.2026

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 22-si saat 10 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində küçədən meyit tapılıb.

Mia.az xəbər verir ki, H.Quliyev küçəsi 20 ünvanının qarşısında ahıl qadın vəfat edib.

Ölən şəxsin qəsəbə sakini 1944-cü il təvəllüdlü Q.Solovyeva olduğu müəyyənləşib.

Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью