Suraxanıda yol problemi: İcra nümayəndəsi “düzələr“ deyib getdi VİDEO

27.08.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Suraxanı rayonunun Zığ qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsinin sakinləri yol problemindən şikyətçidirlər.

Onların sözlərinə görə, küçənin vəziyyəti xüsusilə yağışlı havalarda daha da pisləşir.

Vətəndaşlar iddia edirlər ki, ərazidə əvvəllər aparılan abadlıq və asfaltlama işləri zamanı əsas yola yaxın hissələr təmir edilsə də, daxili küçələr diqqətdən kənarda qalıb.

Şikayətçilərdən biri bildirib ki, uzun illərdir küçənin vəziyyəti dəyişməyib və sakinlər yolu öz imkanları hesabına dəfələrlə düzəltməyə çalışıblar:

"160-200 metrlik hissəni asfaltlamadılar. Camaat palçığa bata-bata gedir. İndi hələ küçənin yaxşı vəziyyətidir. Qışda buraya gəlsəniz, qalxa bilməzsiniz".

Məsələni aydınlaşdırmaq məqsədilə Baku TV-nin çəkiliş qrupu Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə gedib.

İcra nümayəndəsi Rəhman Hüseynov məsələyə münasibət bildirmək istəməyib və ərazini tərk edib. Lakin gedərkən küçənin düzəldiləcəyini bildirib, işlərin konkret nə vaxt aparılacağını isə açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью