Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Suraxanı rayonunda təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 8-də axşam saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, elektrik naqili küləyin təsirindən qoparaq yolun hərəkət hissəsinə düşüb və partlayaraq qığılcama səbəb olub. Nəticədə sürücülər təhlükə qarşısında qalıblar və bir müddət gözləməli olublar. Şahidlərin iddiasına əsasən, ərazidən keçən “Chevrolet Cobalt” markalı maşın bəxdbəxt hadisədən son anda xilas olub.
Qeyd edək ki, video sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər sözügedən ərazidə tez-tez yanğın hadisələrinin qeydə alındığını bildiriblər.
Nərmin