Suraxanıda zəncirvari qəza baş verib

05.11.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində üç minik avtomobili toqquşub. Qəzada avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью