Suren Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi VİDEO

27.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Erməni əsilli Suren Qaltsyanın sosial şəbəkələrdə Bakı ilə bağlı paylaşımı online platformların Azərbaycan seqmentində bötük marağa səbəb olub.

Bakupost.az xəbər verir ki, videoda o, avtomobil idarə edərkən Azərbaycanın xalq artisti Eyyub Yaqubovun məşhur "Bakılı balasıyam" mahnısını böyük həvəslə oxuyur və həmin anları lentə alır.

Qaltsyan videonun üzərində "Valideynlərimin harada doğulduğunu xatırlayanda" başlığını qeyd edərək, köklərinin Bakıya dayandığına və valideynlərinin vaxtilə Bakıda doğulub-böyüdüyünə işarə edib.

Geniş rəy kütləsi toplamış və istifadəçilər arasında müxtəlif şərhlərə, müzakirələrə səbəb olan videonu təqdim edirik:


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью