Sürət Gəncə sakininin həyatına son qoydu

10.01.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Gencexeber.az-ın məlumatına görə, Atatürk prospektində yerləşən YAP Gəncə şəhər Təşkilatının qarşısında yüksək sürətlə hərəkət edən minik avtomobili yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Elvin Qurbanovu vurub.

Nəticədə piyada hadisə yerində keçinib.

Zərbə nəticəsində E.Qurbanovun bədəni yolun kənarındakı dəmir çəpərləri qıraraq onlarla metr kənara düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью