Sürət həddi endirildi

03.10.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti olaraq azaldılıb.

Axşam.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yolda bütün hərəkət zolaqları üzrə müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.

Bununla əlaqədar Mərkəzin əməkdaşları tərəfindən elektron məlumat tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью