Sürət həddini aşan gənc sürücü digər maşınla yarışaraq “şou” göstərdi VİDEO

28.09.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-UY-629 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü digər minik vasitəsiylə yarışaraq bir-birilərini ötməyə çalışıblar. “Şou” göstərən gənclər yol boyu həm özləri, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıblar. Kadrdan da göründüyü kimi, sürücü nəzərdə tutulan sürət həddini aşıb və sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyib. Digər görüntüdə sözügedən sürücünün yenə də hərəkətdə olan digər avtomobilləri ötməyə çalışması aydın şəkildə əks olunub.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью