Sürət həddini aşan “Priora” sürücüsü qadını və 5 yaşlı övladını vurub öldürdü VİDEO

02.10.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yüksək sürət ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Başqırdıstanda baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Belə ki, 20 yaşlı sürücü yüksək sürətlə idarə etdiyi “Lada Priora” markalı avtomobillə nizamlanmayan piyada keçidindən keçən qadın və onun beş yaşlı övladını vurub və daha sonra idarəetmədən çıxan maşın bir mağazanın divarına çırpılıb. Zərbənin təsirindən qadın və övladı metrlərlə havaya qalxaraq yerə düşüblər. Qəza nəticəsində hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью