Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. “Sürətli sürməyin vaxt baxımından real qazancı az, riskləri isə çoxdur”.
Avtosfer.az xəbə verir ki, bu sözləri BDYPİ-nin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial media hesabında paylaşıb.
Şöbə rəisi sözügedən məsələni rəqəmlərlə göstərib: 1. Vaxt qazancı: Məsələn, 10 km-lik bir məsafədə: 60 km/saat sürətlə getsəniz → 10 dəqiqə
2. Risk göstəriciləri: Sürət 60 km/s-dən 90 km/s-ə qalxanda → Qəza riski təxminən 2 dəfə artır.
Sürət 90 km/s-dən 120 km/s-ə qalxanda → Qəza riski 4 dəfə artır.
Piyadaya 60 km/s-lə çırpıldıqda sağ qalma ehtimalı ≈ 30% Piyadaya 90 km/s-lə çırpıldıqda sağ qalma ehtimalı ≈ 10% Yəni, sürəti artırmaqla qazandığınız bir neçə dəqiqə, həyatınızı və başqalarının təhlükəsizliyini ciddi risk altına qoyur.
Rövşən Tağıyev sonda, qaydalar çərçivəsində hərəkət etməyin həm təhlükəsizlik, həm də cərimə və digər problemlərdən yayınmaq üçün ən düzgün yol olduğunu vurğulayıb.
Namiq Musayev Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.